07.05.2019
Mayın 7-də Sincan kənd kitabxanasında Böyük Vətən Müharibəsində Qələbənin 74 cü ildönümünə həsr edilmiş “Müharibə və sülh” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Müsabiqənin əvvəlində Sincan kənd kitabxanasının müdiri R.Əzizova müsabiqəyə cəlb olunmuş istedadlı, bacarıqlı və fəal oxucuları salamlayaraq, bu mövzu ilə əlaqədar iştirakçıları məlumatlandırıb. Sonra uşaqlar düşündüklərini ağ vərəqlərə köçürüblər. Məktəblilərdən Gülnaz Səfərzadə xüsusilə fərqlənib. Onun çəkdiyi rəsmlər bəyənilərək alqışlanıb. Tədbirn sonunda çəkilmiş rəsmlərdən ibarət sərgi hazırlanıb.