Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakəndə “Heydər Əliyev dühası uca zirvədir” adlı “Oxu bayramı” keçirilib

06.05.2019

May ayının 6-da Balakən MKS-də Ulu Öndər Heydər Əliyevin 96-cı il dönümü ilə əlaqədar  “Heydər Əliyev dühası uca zirvədir” adlı “Oxu bayramı” keçirilib.

”Oxu bayramı”nda Balakən rayon İcra Hakimiyyətinin başçısı İ.Rzayev, İB-nın müavini A.Balayev , rayon ziyalıları və rayon sakinləri  iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə bayramın keçirildiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Respublika Prezidenti İ.Əliyevin sərəncamı ilə yubileyləri qeyd olunan şair və yazıçıların: İ.Nəsiminin-650, C.Cabbarlının-120, C.Məmmədquluzadənin-150, M.Hüseyinin-110 və İ.Şıxlının-100 illiyi ilə əlaqədar təşkil olunmuş sərgi ilə tanış olublar.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, mədəniyyətimizin hamisi kimi tanınan Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb, bilik mənbəyi olan kitabın geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, kitablar kainatın sirlərini özündə əks etdirən, ətraf aləmdə baş verən proseslərdən xəbərdar edən sonsuz məlumat mənbəyi, bütün elmlərin açarını özündə gizləyən sirli bir xəzinədir. Elə xəzinə ki, elmə, biliyə, mədəniyyətə, tərbiyəyə gedən yola işıq salır. İslam Rzayev dövlət tərəfindən bu gün Azərbaycanda mövcud olan bütün kitabxanaların dövlət qayğısı ilə əhatə olunmasını, kitabxanaların fondlarının zənginləşdirilməsini, maddi-texniki bazalarının gücləndirilməsinə diqqət ayrılmasını və bütün kitabxanalarımızda latın qrafikası ilə çap olunmuş kitabların olmasının çox sevindirici hal olmasını diqqətə çatdırıb.

Sonra kitabxananın fəal oxucularından təqaüdçü Ş.Xəlilova, Q.Çobanova, Təhsil şöbəsinin direktor müavini C. Alqayev çıxış ediblər.

Bayram tədbirində məktəblilərin ifasında Ulu Öndərə və vətənpərvərlik mövzusuna həsr edilən şeirlər, nümayiş etdirilən müxtəlif kompozisiyalar və musiqili proqram hər kəsdə xoş ovqat yaradıb.

Sonda Oxu bayramının fəal iştirakçılarına fəxri fərmanlar təqdim olunub.