Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 Yanvar qan yaddaşımız”

17.01.2018

Qax rayon uşaq incəsənət məktəbinin rəhbərliyi bildirir ki, 17 yanvar 2018-ci il tarixdə məktəbdə 20 Yanvar şəhidlərinin anım günü ilə bağlı “20 Yanvar qan yaddaşımız” adlı tədbir keçirilib. Tədbir  müəllim və rəssamlıq şöbəsinin şagirdlərinin “ 20 Yanvar qan yaddaşımız” adlı rəsm sərgisinə baxışla  başladı. Tədbirdə məktəbin direktoru Xatirə İmamova çıxış etdi.  O, öz çıxışında 20 Yanvar hadisələri haqqında məlumat verdi. Gələcəyimiz  olacaq  şagirdlərimizə 20 Yanvar hadisələrini unutmamağı, həmçinin gələcək nəsillərə anlatmalarını tövsiyyə etdi. Eyni zamanda o, Cənab Prezidentimizin şəhid və əlil ailələrinə olan qayğısından danışdı.

Məktəbin XÇA şöbəsinin xanəndəlik ixtisası üzrə müəllimləri muğamlar ifa etdilər.