Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda “Kitab nəsillərin bir-birinə vəsiyyətidir” adlı Oxu Bayramı keçirilib

05.05.2019

May ayının 5-də Oğuz rayon Mərkəzi Kitabxanasında Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Kitab nəsillərin bir-birinə vəsiyyətidir” adlı “Oxu Bayramı” keçirilib.

Oğuz rayon Mədəniyyət Mərkəzində baş tutan “Oxu Bayramı”nda Heydər Əliyev Mərkəzinin və Tarix diyarşünaslıq muzeyinin əməkdaşları,1 və 2 saylı məktəblərin müəllim və şagirdləri, UGİM, bir çox idarə təşkilatların nümayəndələri, geniş oxucu kütləsi və rayon sakinləri iştirak ediblər.

Bayram tədbiri aparıcının “XX əsrin siyasət nəhəngi, dahi xilaskar, millət atası, bəşəri və həmişəyaşar ideyaları ilə milyonlarla insanların ürəyində mənəvi abidə qurmuş, mənalı həyat və fəaliyyəti ilə tariximizin parlaq səhifəsini daha da zənginləşdirmiş Ümummilli lider Heydər Əliyev Azərbaycanı dağılmaq, məhv olmaq, parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas edən, dilini, əlifbasını özünə qaytaran dahi şəxsiyyətdir” sözləri ilə başlayıb.

Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayon nümayəndəliyinin baş məsləhətçisi Ulduz Baxışovaya qonaqları və tədbir iştirakçılarını salamlayaraq, kitabsevərlərə bugünkü tədbirin əhəmiyyəti haqqında danışıb. MKS-nin direktoru Səhər Mikayılova “Müstəqillik dövründə kitabxanaların qorunub saxlanması, kitabxana işinin inkişaf istiqamətləri və dövlətin kitabxana siyasətinin formalaşması” mövzusunda çıxış edib. Tədbirdə Azərbaycan Respublikasının Əməkdar müəllimi, kitabxananın fəal oxucusu M.Əsədova, “Oğuz yurdu” qəzetinin redaktoru N.Hüseynli, Oğuz rayonunun 3 saylı məktəb-liseyin biologiya müəllimi, kitabxananın fəal oxucusu G.Abdullayeva və başqaları çıxış edərək, bu gün qazandıqları hər bir uğura görə kitaba və kitabxanaya borclu olduqlarını qeyd ediblər. Tədbirin sonunda U.Baxışova tədbirin təşkilatçılarına  və gələn qonaqlara öz təşəkkürünü bildirib.

Bayram tədbirində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən “Əsrin lideri” adlı guşə, “Müstəqilliyimiz əbədidir, doğma Azərbaycanım”, “Sirli sehirli nağıllar”, “Yeni nəşrlər”, “Unudulmuş kitablar”, “Dünya şöhrətli klassiklərimiz”, “Əsir torpaqlar”, “Elektron kitablar”, “2019-cu il Nəsimi ilidir”, “Cənnətməkan Oğuzum”, “Dünya şöhrətli klassiklərimiz”, “Azərbaycan qadını”, “Ensiklopediya və lüğətlər”, “Dünya ədəbiyyatı”, “Tarıximizin qəhrəmanlıq salnaməsi”, “Oğuz yazarları”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, Tarix diyarşünaslıq muzeyinin “Qədim əlyazmaları”, L.Babayevanın hazırladığı əl işləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbir boyunca Oğuz rayon Mədəniyyət Mərkəzinin musiqiçiləri, rayon 1 saylı məktəbin şagirdlərinin bədii qiraəti və körpə fidanların rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirın sonunda fəal oxuculara və kitabxanaçılara hədiyyələr təqdim olunub.