Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Bülbül adına Uşaq İncəsənət məktəbinin 50 illik yubleyi

05.06.2017

Balakən rayon Bülbül adına Uşaq İncəsənət məktəbinin fəaliyyətə başlamasından 50 il ötür. Bu münasibətlə mayın 23-də rayon Mədəniyyət Mərkəzində yubiley mərasimi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari xanım Zeynalova, Şəki, Zaqatala, Qax rayon uşaq musiqi və incəsənət məktəb direktorları, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri və musiqisevərlər iştirak edirdilər. Əvvəlcə məktəbin direktoru Arifə Tağıyevaya söz verildi. Arifə Tağıyeva çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənətin, uşaq yaradıcılığının inkişafına göstərilən diqqət və qayğıdan danışıb, bu illər ərzində məktəbin qazandığı bir çox uğurlardan geniş söhbət açıb.

Məktəbin fəaliyyətinə həsr edilmış video çarx tamaşaçılara təqdim edildi.

Sonra məktəbin şagirdləri hazırladıqları konsert proqramı ilə çıxış etdilər.  Şəki 4 saylı uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi də öz maraqlı musiqi nömrələri ilə yubiley tədbirində iştirak edib.

Sonda Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, yubiley münasibətilə hamını təbrik edib, yubiley münasibəti ilə məktəbin bir qrup işçisini Şəki Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən Fəxri Fərmanla mükafatlandırıb. Sonda xatirə şəkli çəkdirilib.