28.12.2024
Dekabrın 28-da Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki-Zaqatala RMİ-nin rəisi v.i.e Nargilə Qafarovanın rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair hesabat iclası keçirilib.
İclasda RMİ-nin əməkdaşları və idarənin əhatə etdiyi rayonlar üzrə tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.
2024-cü ildə görülmüş işlər, mövcud problemlər və həlli yolları, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Eyni zamanda, mədəniyyət müəssisələrinin fəaliyyətində müasir standartlara uyğunlaşdırılmasının, internet-informasiya resurslarından səmərəli istifadənin vacibliyindən danışılıb, müəssisə rəhbərlərinin hesabatları dinlənib və rəhbərlik tərəfindən tövsiyələr verilib.