Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Balakən rayonunda ”Əfsanəvi kəşfiyyatçı – türk Harun” kitabının təqdimatı keçirilib

13.10.2025

13 oktyabr 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində vətən müharibəsi şəhidi, XTQ baş kəşfiyyatçısı Harun Məhəmməd oğlu Alqayevin anım günü və onun qəhrəmanlıq yoluna həsr olunmuş “Əfsanəvi kəşfiyyatçı – türk Harun” adlı kitabın təqdimat mərasimi keçirilib.

 

Tədbir Balakən rayon İcra Hakimiyyətinin dəstəyi, Balakən rayon Mədəniyyət Mərkəzi və Talalar kənd Sənətkarlıq evinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə Bakı şəhərindən dəvət edilən qonaqlar, kitabın müəllifləri filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri Səkinə Bayramova və filologiya üzrə fəlsəfə doktoru, dosent, birliyin həmsədri Yeganə Qəhrəmanova, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.

 

Çıxış edənlər şəhid Harun Alqayevin igidliyi, vətənə olan sonsuz məhəbbəti və döyüş yolundan söz açaraq onun qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.

 

Tədbirin bədii hissəsində şəhidin həyatına həsr olunmuş film nümayiş olunub, şeir kompozisiyaları təqdim edilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib və “Türk Harun” adlı səhnəcik nümayiş olunub.