24.06.2025
23-24 iyun 2025-ci il tarixlərdə Şəki şəhərində "Yaradıcı Müzakirələr" layihəsi çərçivəsində Şəki şəhər Heydər Əliyev Mərkəzində təlimlər keçirilib.
İki gün davam edəcək proqram çərçivəsində mədəniyyət, yaradıcılıq və innovasiya sahələrinin kəsişməsində həyata keçirilən təlimlər səriştəyə əsaslanan kadr seçimi və yaradıcı vəzifələr üçün effektiv metodlar, xalçaçılığın tarixi və Azərbaycanda inkişaf mərhələləri, mədəniyyət yönümlü liderlik və yaradıcı idarəetmə, İnnovasiya və sahibkarlıq: startaplara giriş, rəqəmsal bacarıqlar və texnologiyanın yaradıcı sənayedə rolu, kino: hərəkət və vizual hekayəçiliyin sənəti, layihələrin idarə olunması: yaradıcı sektor üçün praktik yanaşmalar, rənglərin dili: hobbidən sahibkarlığa gedən yol, təşkilati mədəniyyət və yaradıcı komandaların idarə olunması, yaradıcı layihələrin idarə olunması və layihə təkliflərinin hazırlanması kimi mövzularını əhatə edib.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. Şəki- Zaqatala Regional Mədəniyyət İdarəsinin əhatə dairəsində keçirilən təlimlərdə mədəniyyət işçiləri iştirak edib.
Layihənin məqsədi nəzəri biliklərin artırılması, eyni zamanda müxtəlif yaradıcı sahələrdə fəaliyyət göstərən peşəkarlarla faydalı əlaqələr qurmaq imkanının olmasıdır.