Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illik yubileyidir

10.05.2024

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Heydər Əliyevin anadan olmasının 101 illik yubileyidir.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin kollektivi, Şəki şəhər Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Ümummilli Liderin güclü Azərbaycan dövlətinin formalaşmasında, ölkəmizin sosial-iqtisadi, mədəniyyət sahəsində əldə etdiyi uğurları, misilsiz xidmətləri dərin rəğbətlə xatırlanır.

Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq və onun xidmətləri əsrlər boyu müdriklik və vətənpərvərlik rəmzi kimi xatırlanacaq.