Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən konsert proqramı keçirilib.

27.04.2024

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Şəki şəhər Mədəniyyət Mərkəzi tərəfindən Şəki şəhər Heydər Əliyev Mərkəzində Beynəlxalq Rəqs Gününə həsr olunmuş "Rəqsin ürəyi Şəkidə döyünür" adlı böyük miqyaslı və 27 rəqs növünü özündə birləşdirən konsert proqramı keçirilib.

Konsert proqramına ölkənin bir çox şəhərlərindən rəqs qrupları dəvət edilərək milli və bir çox qeyri-milli rəqs növləri təqdim olunub.

Bundan başqa "O olmasın, bu olsun" filminin "qız toyu" səhnəsi, "Qaynana", "Əhməd haradadır?" filmlərindən səhnəciklər öz fərqliliyi ilə yadda qalıb.

Konsert proqramının iştirakçıları sonda fəxri fərmanlarla təltif olunub.