Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd olunub

19.04.2024

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi tərəfindən Qax,Qəbələ,Balakən və Zaqatala rayonlarında tədbir keçirilib. .

Ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunması, eyni zamanda ətraf mühitin mühafizəsi məqsədilə keçirilən tədbirdə, adı çəkilən rayonlarda ictimaiyyət nümayəndələri, idarə və təşkilatların əməkdaşları, mədəniyyət işçiləri, məktəblilər və qonşu rayonlardan olan qonaqlar iştirak edib.

Tədbirdə  qədim tarixi abidələri haqqında məlumatlar verilib və  konsert proqramları keçirilib.