Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəki şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubiley tədbiri keçirilib.

03.05.2024

Şəki şəhər Uşaq İncəsənət Məktəbinin fəaliyyətə başlamasından 85 il ötür. Bu münasibətlə, Şəki şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyi qeyd olunub.

Özünəməxsus musiqi ənənələri ilə seçilən bu təhsil ocağının 85 illiyi münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhərin idarə və təşkilat rəhbərləri məktəbin yetirmələri və musiqisevərlər iştirak ediblər.

Mərasim iştirakçıları ilk öncə mərkəzin foyesində məktəbin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyinin qeyd edilməsinin Şəkinin mədəni həyatında olduqca əlamətdar hadisə olduğunu bildirib, kollektivə gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb. Məktəbə, Şəki şəhər İcra Hakimiyyətin fəxri fərmanı təqdim olunub.

Daha sonra Şəki - Zaqatala Regional Mədəniyyət İdarəsinin r.v.i.e Nargilə xanım Qafarova çıxış edərək məktəbin kollektivinə yeni nəaliyyətlər arzulayıb və Mədəniyyət Nazirliyinin fəxri fərmanını məktəbin direktoru Eldar Rəcəbova təqdim edib.

Qeyd edək ki, gənc nəslin estetik tərbiyyəsində səmərəli fəalliyətinə görə Şəki şəhər Uşaq İncəsənət Məktəbi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

Şəki Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyində xalq çalğı alətləri orkestri, xor kollektivi, rəqs şöbəsi yüksək səviyyədə konsert proqramı ilə çıxış ediblər.