15.11.2024
15.11.2024-cü il tarixində S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində İ.Dağıstanlı adına Qax rayon Xalq teatrı tərəfindən “Qaynana əməliyyatı” tamaşası səhnələşdirilib.
Qeyd edək ki, Gülşad Paşayevanın rejissorluğunu etdiyi, Şəmsəddin Quliyev, Yusif Qurbanov, İbrahim Paşayev, Vüsalə Mustafayeva, Aydan Əhmədli, Nəvai Əliyev və Ceyran Rəcəbovanın rol aldığı tamaşa dördüncü dəfədir ki, nümayiş olununub.
Tamaşa Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, mədəniyyət işçiləri və rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb.