Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəkidə şəhid gizir İbrahim Məmmədovun anım tədbiri keçirilib

28.10.2025

28 oktyabr 2025-ci il tarixdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki Dövlət Dram Teatrının dəstəyi ilə Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrin giziri "Canavar" ləqəbli İbrahim Məmmədovun "Vətənin səssiz qəhrəmanı" adlı anım tədbiri keçirilib. 

 

Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları, Mədəniyyət və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin rəhbərləri, idarə-təşkilat rəhbərləri, şəhid anaları-ailələri, hərbiçilər, qazilər, mədəniyyət və təhsil işçiləri, şəhər ictimaiyyəti iştirak edib. 

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Çıxış edənlər İbrahim Məmmədovun igidliyindən, vətənpərvərliyindən, şəhidlik zirvəsinə ucalmasından və Azərbaycan əsgərinin, ordusunun şücaətindən bəhs ediblər. 

 

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi və Uşaq İncəsənət məktəbinin müəllimlərindən ibarət ansamblın, ifaçılar: Hakim Əkbərov, Sərxan Hüseynov, Namiq Aslanovun ifasında vətənpərvərliyi tərənnüm edən musiqi nümunələri səsləndirilib. 

 

Qeyd edək ki, Hadrut və Füzuli rayonun işğaldan azad olunmasını Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə məhs İbrahim Məmmədov məruzə edib.